5 noyabr 2019-cu il tarixində GMN Caspian və Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin birgə təşkilatçılığı ilə Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisinin dəstəyi ilə yaradılmış Resurs Mərkəzində “Mediasiya və İnsan Hüquqları” mövzusunda seminarı təşkil edilmişdir. Seminarda vəkil, hüquqşünas, jurnalist, sosial işçi və digər peşə sahibləri iştirak etmişlər.

Eğitmenimiz, 11 Eylül 2015 tarihli Ekonomik Haber sayısında, Rashid Mamaydov, Hukuk ve Siyaset Görevlisi tarafından yayınlanan, 11 Eylül 2015 tarihli Ekonomik Haber sayısında, “Azerbaycan’daki Amerikan Ticaret Odası’nın (AmCham) ayrıntılı bir sunumu.

 

İlk hər kəsə açıq Mediatorların hazırlığı üzrə Baza təlimi

ATV kanalında yayımlanan "Qanunla biz" verilişində 14-16 iyun tarixlərində tərəfimizdən təşkil edilmiş ilk hər kəsə açıq Mediatorların hazırlığı üzrə Baza təlimi haqqında efirə verilmiş video reportaj və yerli təlimçimiz - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Kollegiyanın İntizam Komissiyasının üzvü, vəkil cənab Xəyal Bəşirovun ətraflı çıxışı.#mediasiya #mediation #law #training #certification #business #ADR #alternativedisputeresolution #dispute #conflict #resolution #arbitration #conciliation #negotiation #justice #legislation #economy #investment #GMN #GMNCaspian #Baku #Azerbaijan

GMN Caspian paylaştı: 28 Haziran 2019 Cuma

14-16 Haziran tarihlerinde ATV kanalında tarafımızca organize edilen ilk kişi için Arabulucuların eğitimi konusunda Arabulucuların Eğitimi ve yerel eğitmenimizin ayrıntılı sunumu – Azerbaycan Cumhuriyeti Barolar Birliği üyesi, Yönetim Kurulu Disiplin Kurulu üyesi Sayın Khayal Bashirov .

14-16 Haziran tarihlerinde Park Inn Baku Hotel’de arabulucular için GMN Caspian tarafından üç günlük bir temel eğitim düzenlendi.

Deniz Kite Güner, Türkiye, Kıbrıs, Brezilya, Arjantin, Kırgızistan ve Paraguay’daki arabulucuları eğiten ve sertifikalandıran GMN – Küresel Arabulucular ve Müzakereciler’in (Küresel Arabulucular ve Müzakereciler) kurucusudur. Türkiye ve Orta Asya’da tartışmayı ve kültürü destekleyen ve Müzakereci için Davranış Kuralları geliştiren Müzakereciler Cemiyeti’nin kurucusudur. Hepsi arabuluculukla ilgili 8 kitabın yazarı. Uluslararası İlişkiler Doktora, Psikoloji ve İşletme Doktora dereceleridir.

Eğitimi bir sertifikayla tamamlayanlar, Ağustos ayında yapılması planlanan İhtisas Arabuluculuk Eğitimine indirimli katılım için uygun olacaktır. Katılımcılar İhtisas Arabuluculuk Eğitimini başarıyla tamamladıktan sonra IMI akreditasyon sınavlarına katılabilecekler.

Təlimçimiz – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Kollegiyanın İntizam Komissiyasının üzvü, vəkil cənab Xayal K. Bəşirovun ATV kanalında yayımlanan “Qanunla biz” verilişində mediasiya, təşkilatımız və 14-16 iyun tarixlərində keçiriləcək təlimimiz barədə ətraflı çıxışı.

Təlimçimiz – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Kollegiyanın İntizam Komissiyasının üzvü, vəkil cənab Xayal K. Bəşirovun ATV kanalında yayımlanan "Qanunla biz" verilişində mediasiya, təşkilatımız və 14-16 iyun tarixlərində keçiriləcək təlimimiz barədə ətraflı çıxışı.#mediasiya #mediation #law #training #certification #business #ADR #alternativedisputeresolution #dispute #conflict #resolution #arbitration #conciliation #negotiation #justice #legislation #economy #investment #GMN #GMNCaspian #Baku #Azerbaijan

GMN Caspian paylaştı: 7 Haziran 2019 Cuma

Onun bioqrafiyasını oxuduqca bir türk qadınının bu qədər uğura imza atması içimizi qürür hissi ilə doldurur. Deniz Kite Güner Türkiyənin ilk peşəkar beynəlxalq  mediatoru,   Ümumdünya Mediasiya Təşkilatının Türkiyə və Şimali Kipr təmsilçisi, İngiltərə Müzakirəçilər Cəmiyyətinin qurucularından biri, Global Mediators&Negotiators (GMN) – Qlobal Mediatorlar və Müzakirəçilər təşkilatının qurucusu və rəhbəridir. Bu təşkilat Türkiyənin beynəlxalq səviyyədə tanınan sertifikat verən yeganə qeyri – hökumət təşkilatıdır. Yəni, bu sertifikatı alan hər kəs dünyanın istənilən ölkəsində mediatorluq (vasitəçilik) xidməti göstərə bilər. Ötən ayın əvvəlində prezident İlham Əliyevin fərmanı ilə ölkəmizdə də “Mediasiya  haqqında” qanunun qüvvəyə minməsi bu sahə üzrə peşəkar mütəxəssislərin yetişdiriməsini zəruri edir. Bu işdə hüquqşünaslarımızın əsəs məsləhətçilərindən biri də bu sahənin peşəkarı Dəniz Kitə Güner olacaq.

Dəniz xanımın Modern.az saytına müsahibəsini təqdim edirik.

– Dəniz xanım, Siz uzun illərdir bu sahənin bilicisi olsanız da Azərbaycanda mediasiya(vasitəçilik) sahəsi yenidir. Bu baxımdan çox adam ümumiyyətlə mediatorların funksiyasının nədən ibarət olduğunu bilmir. Ona görə də istərdim öncə bu sahə ilə bağlı qısa bilgi verəsiniz. Mediator kimdir, kimlər mediator ola bilər?

– 20 ilə yaxındır, daha dəqiq, 19 ildir ki, bu işlə məşğulam, təlimlər keçir, təlimçilər yetişdirir və beynəlxalq tədbirlərdə iştirak edirəm. Türkiyənin bu sahədə ilk mediatoru və ən təcrübəli mütəxəssisiyəm. Mediatorlar mübahisə və münaqişələrin həllində müraciət edilən neytral və müstəqil mütəxəssislərdir. Mediatorların funksiyası nədən ibarətdir? Tərəflər arasındakı mübahisələrin həlli üçün ünsiyyəti yaxşılaşdırır, əgər varsa, emosional maneələri aradan qaldırır, problemləri müəyyənləşdirərək  həll yollarının tapılmasında tərəflərə yardım edir.  Mediatorların hüquqda rolu bir ölkədə mediasiyanın qanuniləşməsi ilə, yəni bu sahəni tənzimləyən qanunun qəbulundan başlayır.  Mediasiya fəaliyyəti qanunla tənzimlənirsə insanlar məhkəməyə getmək əvəzinə mediatorun xidmətinə müraciət edirlər. Kimlər mediator ola bilər sualına cavab vermək üçün ilk növbədə vasitəçiliyin özü – özlüyündə bir peşə olduğunu söyləyərək aydınlıq gətirməyə çalışacağam.  Mediator olacaq şəxs ilk növbədə şəxsiyyəti ilə bu  peşəyə uyğun olmalı, müəyyən bir həyat və iş təcrübəsinə, lazımi təməl və ixtisas bilgilərinə malik olmalı, bilik və bacarıqları sınaqdan keçirilməlidir.

– Dünyanın müxtəlif ölkələrində mediatorluq seminarları keçirir, iştirakçılara sertifikatlar verirsiniz. Bu sertifikatlar nə dərəcədə etibarlıdır? Sertifikatlarınız  bütün ölkələrdə tanınırmı? İnsanlar bu sertifikatlara əsasən mediator kimi çalışa bilirlərmi?

– Mediatorların səlahiyyət çevrəsi çox önəmlidir. Bu onlara məcburi və ya könüllü mediasiyalarda üstünlük verilən etibarlı vasitəçilər olmaq imkanı verir. Əslində, sertifikatlaşdırma mübahisəli məsələlərdə mediatora müraciət  etmək istəyənlərə, “bu vasitəçi işinin peşəkarıdır, onu seçə bilərsiniz”, deyir. Sertifikatlaşdırma bir zəmanətdir, mediatorun peşəkarlığına zəmanət verir. Mediatorun səlahiyyətliliyi isə  bir çox yolla müəyyənləşdirilir.  Biz, GMN (Qlobal Mediators & Negotiators) olaraq özümüzə xas  etik qaydalara, səlahiyyətər çərçivəsinə malik,  təlimlər və beynəlxalq mediator sertifikatı verən bir təşkilatıq. Biz mediasiya baxımından dünyanın ən önəmli  təşkilatlarından olan Beynəlxalq Mediasiya İnstitutu (IMI) adından  sertifikat veririk. Bunu hansı yollarla gerçəkləşdiririk? Təlimlərimizə qatılanların vasitəçilik və vasitəçilik etikası  bacarıqlarını yazılı və praktiki imtahanla yoxlayırıq. Əgər imtahandan uğurlakeçərlərsə, GMN sertifikatı üçün  5,  IMI sertifikatı üçün isə 20  mediasiya prosesini tamamlamış olmaları tələb olunur. Eyni zamanda GMN-nin  təlimlərində iştirak edən hər kəsə iştirak sənədi veririk.  İstərlərsə  vasitəçilərə praktik təcrübə  və pulsuz mentorluq  imkanı yaradırıq. Beləliklə, onlar yüksək ixtisaslaşmış vasitəçilərə çevrilirlər. GMN bu günə qədər Türkiyə, Braziliya, Kipr, Argentina, Paraqvay və Qırğızıstanda sertifikatlaşdırma fəaliyyəti həyata keçirib və dünyanın hər yerində, o cümlədən türkdilli ölkələrdə  IMI sertifikatlaşdırmasına həyata keçirməyə səlahiyyətlidir. Bu ay Azərbaycanda da başlayacağıq. Azərbaycanın ən yaxşı mediatorları və mediasiya təlimçilərini yetişdirəcəyimizə zəmanət verirəm.

–    Bu günlərdə Azərbaycanda səfər də oldunuz. Kimin dəvətiylə gerçəkləşdi bu səfər? Harada məruzələr etdiniz?  Mühazirələrinizə maraq necə idi?

– Bakı səfərim mənim üçün çox anlamlı idi. Çünki Ana nənəm azərbaycanlıdır və Bakıdaykən onu xatırladım. Bu, sadəcə bir iş deyil, həm də qan bağımın da bura çəkdiyi  həssas bir səyahət oldu. Məni kim dəvət etdi? Amerikanın Azərbaycanda Ticarət Palatasından (AmCham) hörmətli Rəşid Məmmədovla və İnTrust Hüquq Firması bu proqramı təşkil etmişdi. Mən Bakıda olduğum zaman AmCham və Azərbaycan Vəkillər Kollegiyasında seminarlar və təqdimatlar keçirmişəm. Çox dəyərli iştirakçılar çox yaxşı suallar soruşdular və onların hamısı da mediatorluqla maraqlanırdı. Mən çox xoş qarşıladılar  və qonaqpərvərliyinizə heyran oldum. Bu səfərimdə  Bakı Hüquq Mərkəzi ilə tanış oldum, hörmətli Mehman Sultanovla görüşdüm. Onlarla əməkdaşlıq etməyə dair razılığa gəldik.

– Bu ay Bakıda daha geniş tərkibdə seminarlara başlayacağınızı söylədiniz. Dəqiq vaxt təyin olunubmu, seminarları nə vaxta planlaşdırırsınız?

– Qeyd etdiyim kimi, may ayında Bakıda mediasiya təməl təlimləri keçəcəyik. Təməl bilgilər nədir? Bu, Azərbaycanda ailə, işçi-işəgötürən və kommersiya uyuşmazlıqlarında  mediatorın rolu, mediasiya müddəti, mediasya texnikası və üsullarını göstərən nəzəri və praktik bir təlim olacaq. Bəzən insanlar təlimlərdən o qədər həvəslənirlər ki,  təlim bitincə,  “aa, biz mediator olmayaq, amma öyrəndiklərimizi öz həyatımızda, işimizdə tətbiq edək”, deyirlər. Bəziləri də, “bu tam mənə görə, bundan sonra  ixtisaslaşaraq daha da yaxşı bir mediator olacam”, deyirlər. Ona görə biz əsas təlim təşkil edirik. Əsas təlim 4 tam gündür. May ayında, 17-24 May tarixləri arasında baş tutacaq.  Bu proqrama müraciət etmək istəyənlər denizkite@gmn-tr.com  ünvanına e-mail göndərə bilərlər. Çox həyəcanlıyam, çünki Türkiyənin ən yaxşı mediatorlarını  və mediasiya təlimçilərini  yetişdirmiş biri olaraq, Azərbaycana da töhfə vermək mənim üçün çox izaholunmaz bir həyəcan verir. 19 illik beynəlxalq təcrübəmizlə,  Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyasına ekspertlik sahəmizə  uyğun olaraq  təlimlərin hazırlanması, vasitəçi  etikasının yazılması, təməl və peşəkarlıq təlimlərinin verilməsi  kimi fərqli mövzularda  dəstək olmaqdan böyk məmnuniyyət  və qürur duyuruq.

– Bakıya ilk dəfəmi gəlirdiniz?

 

– Bəli, ilk dəfəydi. Bakını çox sevdim. Mən 14 il Vyanada  yaşamışam. Mediatorluğu da orada öyrəndim. Şəhər mərkəzini bir az Vyanaya bənzədim; geniş küçələr, gözəl və tarixi binalar, yaşıl parklar. Yeməklərinizə heyran oldum.  Hesab edirəm ki, Bakıya qurman səyahətləri təşkil oluna bilər. Mən bunu sosial media hesabımda da söylədim. Çox dadlı yeməklər və dadlı şərablarınız var. Ümumiyyətlə sizin estetika anlayışınızı çox bəyəndim; getdiyim hər yerdə sadəliklə yanaşı  sənətkarca bir toxunuş vardı. İnsanları çox sevdim, çox səmimi, istiqanlıdır insanlarınız var . Olduqca duyğulandığım anlar oldu, əsasən də nənəmi xatırlayarkən. Mən bir an öncə bura  geri dönməyi səbirsizliklə gözləyirəm. Mənə təəssüratlarımı bölüşməm üçün şərait yaratdığınıza görə  təşəkkür edirəm. İnşallah mediasiya  üçün yaxşı işlər görəcəyik!

 

Azadə Balayeva

Türkiyənin ilk peşəkar beynəlxalq  mediatoru, Ümumdünya Mediasiya Təşkilatının Türkiyə və Şimali Kipr təmsilçisi, İngiltərə Müzakirəçilər Cəmiyyətinin qurucularından biri, “Global Mediators&Negotiators” (GMN) – Qlobal Mediatorlar və Müzakirəçilər təşkilatının qurucusu və rəhbəri Dəniz Kite Güner Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda seminar və təlimlər keçirib.

ONA-nın xəbərinə görə, Vəkillər  Kollegiyası və Azərbaycanda Amerika Ticarət Palatasında (AmCham) keçirilən seminar və təlimlərdə türkiyəli mütəxəssis “Mediasiya və mübahisələrin alternativ həlli” mövzusunda seminar, eləcə də “Məhkəməyəqədər mübahisələrin həlli”, “Mediasiya haqqında qanuna müqayisəli yanaşma” mövzularında keçirilən müzakirələrdə məruzələrə çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Təlimlər hüquqşünasların ciddi marağına səbəb olub. Dəniz Kite Güner ölkəmizdə artıq daha geniş təlimlər keçirmək üçün dəvət alıb. Türkiyəli mütəxəssis Bakı Hüquq Mərkəzi ilə əməkdaşlıq haqqında razılıq əldə edib. Dəniz Kite Günerin növbəti seminarları may ayında baş tutacaq.

Dünyanın bir çox ölkələrində analoji təlimlər keçirən xanım Güner Azərbaycanın hüquq sisteminə töhfə verməkdən məmnun olduğunu bildirib: “May ayında Bakıda mediasiya ilə bağlı əsaslı bilgilər verəcəyik. Bu, Azərbaycanda ailə, işçi-işəgötürən və kommersiya mübahisələrində mediatorın rolu, mediasiya müddəti, mediasiya texnikası və üsullarını göstərən nəzəri və praktik bir təlim olacaq. Bəzən insanlar təlimlərdən o qədər həvəslənirlər ki,  təlim bitincə, “biz mediator olmayaq, amma öyrəndiklərimizi öz həyatımızda, işimizdə tətbiq edək” deyirlər. Bəziləri də “bu, tam mənə görədir, bundan sonra ixtisaslaşaraq daha da yaxşı bir mediator olum” deyirlər. Ona görə biz hələlik təməl bilgilərə əsaslanan təlim təşkil etməyə qərar verdik. Türkiyənin ən yaxşı mediatorlarını və mediasiya təlimçilərini  yetişdirmiş biri olaraq Azərbaycana da bu sahədə töhfə vermək mənim üçün izaholunmaz bir həyəcandır”.

Qeyd edək ki, Bakıda növbəti təlimlər 17-24 may tarixləri arasında baş tutacaq. Bu proqramda iştirak etmək istəyənlər denizkite@gmn-tr.com ünvanına e-mail göndərə bilər.

Türkiyəli mütəxəssis Azərbaycanın digər hüquq və ədliyyə strukturları ilə də əməkdaşlıq etməyə hazır olduqlarını açıqlayıb: “19 illik beynəlxalq təcrübəmizlə, Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyasına mediasiya sahəsinə aid təlimlərin hazırlanması, vasitəçi etikasının yazılması, təməl və peşəkarlıq təlimlərinin verilməsi kimi fərqli mövzularda dəstək olmaqdan böyük məmnuniyyət və qürur duyarıq”.

Qeyd edək ki, “Global Mediators&Negotiators” təşkilatı Türkiyənin beynəlxalq səviyyədə tanınan sertifikat verən yeganə qeyri-hökumət təşkilatıdır. Bu təşkilatın verdiyi sertifikatla dünyanın istənilən ölkəsində mediator xidməti göstərmək mümkündür. Eyni zamanda mediasiya təlimlərinə qatılmaq üçün mütləq hüquqşünas olmaq tələb olunmur. Digər ixtisas sahibləri də bu təlimlərdə iştirak edə bilərlər.

 

Aytən Yusifova